top
“Maaş azdır - gəlməsinlər, işləməsinlər” – Lənkəran Dram Teatrının BAŞ REJİSSORU
05 noyabr 2024, 23:50
- +

“Maaş azdır - gəlməsinlər, işləməsinlər” – Lənkəran Dram Teatrının BAŞ REJİSSORU

İncəsənət - insan hislərini təsvir edən vasitədir. İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə ötürülmə ustalığıdır. Elə ölkənin mədəniyyətini də incəsənət adamlarının çıxışı təsvir edir. Bu təsviri bir kompozisiya halında yaradanlar isə rejissorlardı.

Belə şəxslərdən biri də Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalıdır.

Cenublu.az-ın əməkdaşının Anar Babalı ilə müsahibəsini təqdim edirik:

- Anar bəy, öncə özünüzü təqdim edin.   

- 1986-cı ildə Bakıda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə təhsil aldım. 2010–2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışdım. 2012–2013-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləməyə başladım. Artıq 3 ildir ki, Lənkəran Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərirəm. 2022-ci ildə Mədəniyyət naziri Anar Kərimov bu barədə sərəncam imzalayıb.

- Necə oldu ki, bu sahəyə marağınız yarandı? Özünüzü bu sahədə necə tapdınız?

- Rejissorluq sahəsinə heç bir marağım olmayıb. Mən uzun zaman futbolçu olmaq istəmişəm. Elə futbolçu kimi bir çox klublarda oynamışam. Bir zaman sonra heç özüm də bilmədim necə oldu. Taleh, qismət, təsadüfmü deyim, bilmirəm. Gəlib, mədəniyyət evlərinin birinə çıxdım. Zamanla marağım yarandı.

Amma məktəb illərində şeir, ssenari yazmağa marağım var idi. Rəssamlıq qabiliyyətim də olub. Bu sahə ilə tanışlıqdan sonra gördüm ki, rejissorluqda elə ən vacib məsələdən biri də rəssamla işləmək, ədəbiyyatı bilməkdi. Bunları bildiyim üçün özümü sınamağa başladım. Qabiliyyət imtahanı verdim və qəbul oldum.

- Maraqlıdır, hazırda Lənkəran Dövlət Dram Teatrında hansı problemlər var?

- Teatrın problemlərindən danışmaq istəmirəm. Çünki bu problemlər bizlik deyil. Teatr Mədəniyyət Nazirliyinin balansındadır. Problemlər var və həll olunması onlara baxır. Amma bölgə teatrları arasında Lənkəran teatrının bir tarixi var.

Mədəniyyət və İncəsənət Universitetindən 1973-cü ildə bir qrup tələbə bura göndərildi. Elə o gündən teatr var gücü ilə işləməyə başlayıb. Bu gün də ənənə davam edir. Həmin gələn tələbələrdən 50 ildir orada işləyənlər var. Xalq artisti Qabil Quliyev, Böyükxanım Əliyeva, Şücəddin Mirzəyev, Aynur Əhmədova və bir çoxları bu siyahıya daxildir.

- Yeni gələn rejissorlar arasında vəziyyət necədir? İstedadına güvəndiyiniz adamlar varmı?

- Mən sizə deyim ki, bura təyin olduğumdan 1 il sonra bir neçə rejissor dəvət etmişəm. Halbuki, həmin rejissorlar haqqında heç kimin məlumatı yox idi. Bura gəldikdən sonra öz sözlərini deməyə başladılar. Bunlar Abdulla Elşadlı, İlqar Əliqurban, Günay Səlimzadədir. Çox istedadlı rejissorlardı. Hər zaman gənc rejissorlara daha çox önəm vermişik.

- Zaman-zaman bir çox aktyor, teatr işçiləri maaşdan şikayətlənir. Bu sahədə büdcə necədir? Həqiqətənmi, maaşlar aşağıdır?

- Mən bir söz deyim ki, maaşlar əvvəl necə idisə, indi də elədir. Maaş dövlət qanununa uyğun verilir, hər dəfə ölkədə maaş artımı olanda, bizdə də artır. Maaş azdı - gəlib işləməsinlər. O qədər maaşı yüksək olan sahələr var. Bizim sahə maaşa bağlı olmamalıdır. İstedadlı insanlar özlərini büruzə verməlidir. Bu sahədə pul ikinci planda olan bir məsələdir. Təbii ki, yaşamaq üçün pul lazımdır. Amma öndə duran bacarıq və istedaddır. Əgər bunlar varsa, kifayət qədər qazancın da olacaq.

- Anar bəy, aktyor və rejissor çatışmazlığı var?

- Bəli, var. Kifayət qədər aktyor və rejissor yoxdur. Aktyor çoxdur, amma məhz Mədəniyyət və İncəsənət Universitetini bitirib gələnlər çox azdır. Bu? acınacaqlı vəziyyətdir. Bölgə teatrlarında da kifayət qədər potensiallı aktyorlar yetişməlidir.

- Bəs bölgə teatrına marağın az olmasının səbəbi nədir?

- Səbəblər kifayət qədər çoxdur. Ən əsas yol, məsafə məsələsidir. Təsəvvür edin ki, tələbədir. Lənkərana teatrda işləmək üçün gəlir. Onun qalması üçün kirayə mənzil lazımdır. Maaşı yaşaması üçün kifayət etməlidir. Buna görə də bölgələrə gedənlər çox azdır. Şərait olsa, gələrlər. Digər bir səbəb rol verilməsi ilə bağlıdır. Bizim teatra gələn yeni aktyorlara bacardığımız qədər rol veririk. Çünki həmin şəxs öz sevgisini rolda tapmalıdır.

- Lənkəran Dövlət Dram Teatrında hansı yeniliklər olacaq?

- Bir çox yeniliklərimiz var. Yeni tamaşalarımız var. Premyeralarımız olacaq. Hamısı barədə ictimaiyyətə məlumat veriləcək.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Dünən, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Dünən, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Dünən, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Dünən, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Dünən, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Dünən, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Dünən, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Dünən, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Dünən, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Dünən, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
22 sentyabr 2026, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
22 sentyabr 2026, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
22 sentyabr 2026, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 sentyabr 2026, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
22 sentyabr 2026, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
22 sentyabr 2026, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
22 sentyabr 2026, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
22 sentyabr 2026, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Oxşar xəbərlər