top
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb
25 may 2026, 12:30
- ↺ +

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb.

Görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan "Rooted Hands" layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə tanış olub.


Qeyd edək ki, Masallı rayonunun Musaküçə kəndindən olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və nəsildən-nəslə ötürülən ənənəvi üsullarla əl ilə həsir nümunələri toxuyurlar. Bu sənət həm bölgənin mədəni irsinin qorunması, həm də qadınların məşğulluğunun və iqtisadi dayanıqlığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səmimi görüş zamanı qadınlar həsir toxuma prosesini nümayiş etdiriblər. Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə yaxından maraqlanıb. Daha sonra həsirçilik sənətinə və "Rooted Hands" layihəsinə həsr olunmuş qısa film nümayiş olunub.

Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün yenilənmiş məkan yaradılıb. Bu məkan onların işləməsi, təlim və ustad dərsləri təşkil etməsi, eləcə də əl işlərini nümayiş etdirərək satışını həyata keçirməsi üçün nəzərdə tutulub. Təşəbbüs Masallıda yeni mədəni və turistik məkanın formalaşmasına, eyni zamanda yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına töhfə verəcək.

"Rooted Hands" layihəsi artıq beynəlxalq səviyyədə də təbliğ edilməyə başlanılıb. Layihə 2025-ci ildə Milan Moda Həftəsində dayanıqlı moda işləri çərçivəsində təqdim olunaraq Azərbaycanın bataqlıq ərazilərindən toplanan təbii materialların, qadın sənətkarların əl əməyinin, müasir dizaynın və ənənəvi sənətkarlığın uğurlu vəhdətini nümayiş etdirib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Bu gün, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Bu gün, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Bu gün, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
Dünən, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
Dünən, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
Dünən, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
Dünən, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
Dünən, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
Dünən, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
Dünən, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
Dünən, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
Dünən, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Mədəniyyət
Dünən, 10:36

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Bütün xəbərlər
Dünən, 10:00

Canəli Əkbərovun xatirəsi yad edilir

Bütün xəbərlər
Dünən, 09:23

Lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

İdman
21 oktyabr 2026, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
21 oktyabr 2026, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
21 oktyabr 2026, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Oxşar xəbərlər