Terapevt-uroloq Adil Qubadov dünyasını dəyişib.
Cenublu.az xəbər verir ki, tanınmış həkim dünən vəfat edib.
Adil Qubadov 1955-ci il iyulun 3-də Lerik rayonunun Rvarud kəndində anadan olub. Uzun illər həkim kimi fəaliyyət göstərib. O, xüsusilə beyin qan dövranının bərpası, miqren, onurğa yırtıqları, ozonoterapiya, plazmafarez və hicama üsulu ilə həyata keçirdiyi müalicələrlə tanınıb.