Lerik rayonunda zəlzələ olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 fevral tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 06:25-də İmişli rayonunda da zəlzələ olub.