Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent İdrak Əsgərov işdən çıxarılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Qaynarinfo.az-a istinadən verir.
Məlumata görə, LDU-da Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə Zaur Məmmədov təyin edilib.
Qeyd edək ki, yeni tədris ilindən İdrak Əsgərov Bakı Dövlət Universitetinin Keyfiyyət Təminatı Mərkəzinin direktoru təyin edilib.