Sentyabrın 19-u Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı qüvvələri birləşmələrinə qarşı başlatdığı antiterror əməliyyatı zamanı ordumuzun Lənkərandan olan əsgəri Mirmusa Hüseynzadə dəfn olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində verir.
Dəfn mərasimində şəhidimizin ailəsi, yaxınları, rayonun ziyalıları və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.
Şəhidimiz doğulub böyüdüyü İstisu qəsəbəsində torpağa tapşırılıb.