top
Lənkəranın Təngivan kəndində fəaliyyət göstərən karxananın himayədarı Taleh Qaraşovdur? - Açıqlama
03 sentyabr 2022, 06:44
- +

Lənkəranın Təngivan kəndində fəaliyyət göstərən karxananın himayədarı Taleh Qaraşovdur? - Açıqlama

Son günlər sosial şəbəkələrdə Lənkəran rayonunun Təngivan kəndi ərazisində çınqıl-daş karxanasının qanunsuz fəaliyyəti və həmin karxanaya icra başçısı Taleh Qaraşovun himayədarlıq etdiyi ilə bağlı fikirlər səslənir.

Sakinlər öz müraciətlərində bildirirlər ki, sözügedən kəndin Lənkərançay ərazisində daş-çınqılın daşınması səbəbindən böyük çuxurlar əmələ gəlib və bu ərazidə yerləşən evlər üçün ciddi təhlükə yaradıb. Həmçinin sakinlər kənd yolunun dağıldığını da iddia edirlər.

“Bu ərazilərdə bizim pay torpaqlarımız yerləşir. O qədər qazıblar ki, yağış yağan kimi pay torpaqlarımızı sel aparacaq. Çay yatağı darmadağın olub, yaşıllıqlar məhv olunub. Şaiq Həsənovla Kamal Hüseynov əlbir olub kəndimizi yer üzündən silmək istəyirlər. Dəfələrlə müraciət etmişik, lakin səsimizə səs verən olmayıb”, - deyə sakinlər öz müraciətlərində bildiriblər.

Məsələ ilə bağlı Cenublu.az Rvo kənd bələdiyyəsinin sədri Kamal Hüseynovla əlaqə saxlayıb.

Kamal bəy açıqlamasında bildirib ki, karxana pay torpaqlarından xeyli aralı ərazidə fəaliyyət göstərir. “Sakinlərin pay torpağına kim nə edə bilər ki? Qeyd olunan karxana şəxsi mülkiyyətdir. Aidiyyəti qurumlar məsələni araşdırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işə baxır”. Həmçinin o əlavə edib ki, kənd sakinlərinin gediş-gəlişi məhdudlaşmayıb və kənd yollarına heç bir zərər dəyməyib.

Apardığımız araşdırma nəticəsində karxananın “PROFCO” MMC-yə və onun sahibi Şaiq Həsənova məxsus olduğu məlum olub. Bəs o zaman bu məsələdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı niyə bu şirkəti himayə etməsi məsələsində hallanır?

Bu sualla Lənkəran şəhər İcra Hakimiyyətinə müraicət etdik. Verdikləri cavab isə belə oldu:

“Lənkəran çayının Təngivan kəndi ərazisində “PROFCO” MMC tərəfindən aparılan qazıntılarla bağlı bildiririk ki, Şaiq Həsənova məxsus “PROFCO” MMC karxana fəaliyyəti ilə məşğul olur. Şirkət Lənkəran çayının məcrasının kənarında yerləşən sözügedən əkinə yararsız daşlıq torpaq sahəsini Rvo bələdiyyəsindən icarə qaydasında götürməklə 2014-cü ildən fasilələrlə fəaliyyət göstərir. Karxananın ərazisi ümumilikdə 7,0 ha sahəni əhatə edir və müvafiq sənədləri var.

Bildiririk ki, Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran çayının yatağında karxana fəaliyyəti ilə məşğul olmaqdan ötrü “PROFCO” MMC-yə torpaq sahəsi ayırmamışdır. Bir daha qeyd edirik ki, Lənkəran ŞİH-nin başçısının sözügedən şirkəti himayə etməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.

Məlumat üçün qeyd edirik ki, karxanaların fəaliyyətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur” - deyə Lənkəran ŞİH-nin başçısının köməkçisi Elnur Hüseynov bildirib.


 











View this post on Instagram























 

A post shared by Cənublu.Az (@cenublu.az)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:38

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Bu gün, 13:00

Lənkəranda şadlıq evində şübhəli içkilər aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:06

Lənkəranın iki kəndində su kəsiləcək

Kriminal
Bu gün, 11:03

Kişi ondan boşanmaq istəyən arvadını marketdə döydü

Bütün xəbərlər
Bu gün, 10:10

Birinci Qarabağ müharibəsi şəhidi Fərman Əlyarovun anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:24

Lerikin 5 kəndində işıq olmayacaq

İdman
Dünən, 17:41

"Kolambus Kryu"nun baş məşqçisi: "Nərimanı parlaq gələcək gözləyir"

Kriminal
Dünən, 16:53

Astarada qadın meşəlik ərazidə həmcinsini odunla döydü

Bütün xəbərlər
Dünən, 15:43

İcra başçısı müavinini işdən çıxartdı

Bütün xəbərlər
Dünən, 14:57

Narkotikin təsiri altında avtomobil sürən Neftçala sakini saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:46

"Kivi" yükündə 63 kq-dan çox narkotik aşkarlandı

Bütün xəbərlər
Dünən, 11:33

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:23

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Bütün xəbərlər
04 aprel 2026, 17:34

Salyanda 43 yaşlı qadın itkin düşüb

Siyasət
04 aprel 2026, 16:51

Azərbaycan İrana 200 ton humanitar yardım göndərib

Bütün xəbərlər
04 aprel 2026, 15:42

Qanunsuz saxlanılan 2 qumbara, 11 tüfəng aşkarlanıb

Bütün xəbərlər
04 aprel 2026, 14:49

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 aprel 2026, 13:39

Faktiki hava açıqlanıb

Bütün xəbərlər
04 aprel 2026, 12:48

Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib

Bütün xəbərlər
04 aprel 2026, 11:56

Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bütün xəbərlər
04 aprel 2026, 11:00

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
04 aprel 2026, 10:05

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb

Oxşar xəbərlər