Lənkəran şəhərində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 oktyabr tarixində verir.
Hadisə Boladı kəndində qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılan 9 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.
Alov mühafizə bölmələri tərəfindən söndürülub.