Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 dekabr tarixində verir.
Baş nazir Əli Əsədovun imzaladığı qərarə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Osman Mirzəyev adına qarışıq tipli uşaq evi ştat vahidləri və ona məxsus əmlakla birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Qeyd edək ki, carı ilin oktyabr ayında Samirə Quliyeva sözügedən uşaq evinə direktor təyin olunub.