Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəranda fəaliyyət göstərən marketlərdən birini cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində verir.
Belə ki, şəhərin Ə.Məmmədov küçəsi, ev 11-də yerləşən “İmperial” marketi obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi səbəbindən cərimələnib.