Lənkəranda ötən il evlərin birindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Belə ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayında rayon ərazisindəki evlərin birindən 15.000 manat pul oğurlayan Zaur Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.