top
Lənkəranda yaşı bir əsrə yaxın olan su quyusu hələ də sakinlər tərəfindən istifadə olunur
02 fevral 2023, 04:36
- ↺ +

Lənkəranda yaşı bir əsrə yaxın olan su quyusu hələ də sakinlər tərəfindən istifadə olunur

Lənkəranda alman alim tərəfindən inşa etdirilən və yaşı bir əsrə yaxın olan su quyusunun tarixçəsinə nəzər salaq.

1928-ci ildə Xanbulan kəndinin ərazisində, Ümumittifaq Meşəçilik İnstitutunun dayaq məntəqəsi kimi yaradılan müəssisənin həyətində milliyyətcə alman olan direktor Velmud Şmidtin tapşırığı ilə quyu qazılıb.

Quyu kərpiclə hörülüb, dibliyi də xüsusi beton blok şəklində hazırlanıb. Quyunun yerində əvvəllər bulaq axıb. Sonradan içməli suya tələbat artdığı üçün quyu daha da dərinləşdirilib. Divarları qırmızı, yanmış kərpiclə hörülüb. Quyunun kərpicləri elə burada, bu kənddə bişirilib.

Sakinlərin dediyinə görə, 80-90-cı illərə qədər quyunun suyu çox gur olub. Kənddə yaşayan 24-ə yaxın ailənin isti havalarda belə suyu azalmayıb. Mütəxəssislər bunun sirrini onun xüsusi texnologiya ilə qazılmasında görürlər.

Su digər hövzələrdəkindən öz tərkibi ilə fərqlənir. Çox yüngül, şəffaf sudur.

Hazırda bu qədim quyudan 10 ailə istifadə edir, su motoru qoyulub. Məlumat üçün bildirək ki, Velmut Şmidtin nəvəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Alimdir, 3 il əvvəl kəndə gəlib. Babasının fəaliyyəti ilə maraqlanıb. Yerli sakinlər babasını xoş sözlərlə yad edib, təşəkkürlərini bildiriblər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Oxşar xəbərlər