Bu gün Lənkərandan olan şəhid Elməddin Məmmədli və Murad Abbasovun məzarları ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.
Mərasimə Lənkəran şəhər İcra Hakimyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri cəlb olunublar. Onlar qəbiristanlıqdakı bütün şəhidlərin məzarları önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, şəhid Elməddin Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Murad Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.