Lənkəran rayonunun Liman şəhərində uşaq bağçasında yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Ümumi sahəsi 100 kv.m olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.