Lənkəran Dövlət Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarında aktyor ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təqdimatında Qurban Səidin “Əli və Nino” tamaşası nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində Azertac-a istinadən verir.
“SABAH” tələbələrinin əldə etdikləri bacarıqları nümayiş etdirmək məqsədilə təşkil olunan tamaşanı Lənkəran şəhər ictimaiyyəti, tələbələr və məktəblilər izləyiblər.
Qeyd edək ki, tamaşa Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “SABAH” İncəsənət Festivalı çərçivəsində nümayiş olunub.