Lənkəran Şəhər Heydər Əliyev Parkında açıq havada rayona gələn qonaqların, gənclərin kitabxanaya cəlb olunmaları, asudə vaxtlarının səmərəli təşkili və insanlar arasında mütaliənin təbliğ olunması məqsədilə səyyar kitabxana xidməti təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində verir.
Lənkəran Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən sərgidə klassik və müasir yazarların dünya və uşaq ədəbiyyatına, şəhidlərə həsr olunmuş kitabları nümayiş olunub.
Keçirilən sərgi hər kəsin böyük marağına səbəb olub. Oxucular maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.