Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlərin məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində quruma istinadən verir.
Mərasimdə icra başçısı ilə yanaşı, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri də iştirak ediblər. Onlar şəhidlər Mirməhəmmədəli Rzazadə və Qüdrət Məmmədzadənin məzarlarına baş çəkiblər. Burada Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, Mirməhəmmədəli Rzazadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz Qüdrət Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.