top
Lənkəranda “Narıncı” layihəsi keçirilib
06 fevral 2023, 07:56
- ↺ +

Lənkəranda “Narıncı” layihəsi keçirilib

Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Narıncı” rəsm müsabiqəsi cənub gəncləri üçün həyata keçirilib. Bu haqda bu gün, 6 fevral tarixində Cenublu.az xəbər verir.

44 günə 44 gənc ilə “Zəfər tablosu” mövzusunda keçirilən layihədə cənub bölgəsində yaşayan gənc rəssamlar iştirak ediblər.

Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən layihəni giriş sözü ilə layihə rəhbəri Elməddin Mirzəyev açaraq gəncləri və qonaqları salamlayıb. O, Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan söhbət açıb, layihənin məqsədi haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonra Lənkəran Heydər Əliyev Mərkəzin direktoru Reyhanə Sadıxova, şəhid baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova və digər qonaqlar çıxış edərək, layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Cənub bölgəsinin müxtəlif rayon və şəhərlərindən 44 gəncin iştirak etdiyi rəsm müsabiqəsində iştirakçıların çəkdiyi rəsmlər Rəssam Firudin Quliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Firuzə Əliyeva, gənc rəssam Əbdülrəhman Səadətzadə, illüstrator Ərzuman Paşayev, “PR Group Azerbaijan” şirkətinin təsisçisi Peykər Əliyeva, Lənkəran Rəssamlıq məktəbinin direktoru Xəzər İbrahimovun yer aldığı münsiflər heyəti tərəfindən qiymətləndirilib.

1-ci yeri Məhərrəmzadə Arifə, 2-ci yeri Əli Səfərov və 3-cü yeri Fidan Mehtiyeva tutmuş, gənc rəssamlara kubok, diplom və hədiyyələr, digər bütün iştirakçılara isə sertifikat, həmçinin hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin keçirilməsində məqsəd milli və mədəni irsin gələcək nəsillərə ötürülməsinə şərait yaratmaq, rəssamlıq sahəsində yeni nəsil peşələrin inkişafına təkan vermək, gənclər arasında rəsm çəkmək bacarıqlarını inkişaf etdirmək, gənclərə vətənpərvərlik hissini aşılamaqdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Oxşar xəbərlər