top
Lənkəranda gözəllik salonunda 12 kq narkotik aşkarlanıb
03 fevral 2023, 00:32
- ↺ +

Lənkəranda gözəllik salonunda 12 kq narkotik aşkarlanıb

Lənkəranda gözəllik salonunda 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dolları əsginasları aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində verir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şübhəli şəxs qismində Lənkəran rayon sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılarkən onlardan ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 9 kiloqram 224 qram heroin, 2 kiloqram 330 qram metamfetamin və 23 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkarlanaraq götürülüb. Lənkəran ŞRPŞ-də aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginasları şəxsiyyəti istintaqla araşdırılan Əfşin adlı İran vətəndaşından satışını təşkil etmək məqsədilə əldə ediblər. Daha sonra İ.Məmmədova həmin narkotik vasitə və saxta əsginasları özünün işlətdiyi Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib.

Keçirilən digər əməliyyatla isə rayonun Göyşaban kənd sakini Ramiz Fərzullazadə saxlanılıb. Ondan heroin, nömrəsi silinmiş “Mosin” markalı yivli karabin və 3 ədəd patron aşkarlanaraq götürülüb.

Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 nəfər saxlanılıb. Onlardan 29 kiloqram narkotik vasitə, o cümlədən 23 kiloqram heroin, 3,5 kiloqram marixuana və 2,5 kiloqram metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Oxşar xəbərlər