Lənkəranda gənc oğlan elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində Report.az-a istinadən verir.
Hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Lənkəran şəhər sakini, akademik Zərifə Əliyeva küçəsi, ev 80 ünvanında yaşayan 27 yaşlı Fərid Rahim oğlu Aslanlı ərazidən keçən Girdəniçayda balıq turarkən ehtiyatsızlıqdan əlindəki balıq tutan alət 11 metr hündürlükdə 10 min voltluq elektrik cərəyanı xəttinə ilişib. Cərəyan vuran F.Aslanlı çaya düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunublar. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.