Lənkəran Dövlət Dram Teatrında 133-cü mövsümün başlanması ilə əlaqədar yığıncaq keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
Tədbirdə teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı qeyd edib ki, teatrda yeni 10 tamaşa və kompozisiya hazırlanıb. O, hal-hazırda paralel olaraq "Müqəssir” (müəllif: Ə. Haqverdiyev, rejissor: Abdulla Elşadlı), "Cəmilə” (müəllif: Çingiz Aytmatov, rejissor: İmran Əli Qurbanlı), "Bu da axırı” (monotamaşa; müəllif: Piter Turini, rejissor: Abdulla Elşadlı) tamaşalarının tamamlanması üzərində işlərin getdiyini və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İki 23 arasında" (müəllif: Qəşəm Nəcəfzadə, rejissor:Emil Əskərov) əsərinin məşqlərinin davam etdirildiyini bildirib.
Qeyd edək ki, teatr yeni mövsümə sentyabrın 24-də Xalq yazıçısı Kamal Abdullanın "Casus" tamaşası ilə start verəcək.