top
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri açılıb
03 fevral 2023, 07:45
- ↺ +

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri açılıb

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində Report.az-a istinadən verir.

Belə ki, adıçəkilən şöbələrdə bölgənin 9 rayonundan olan göndərişli xəstələr qəbul ediləcək. Şöbədə kardioloji mərkəzlə yanaşı, ən müasir tibbi avadanlıqlarla təchiz olunan laborator və radiologiya xidməti fəaliyyət göstərəcək.

TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov bildirib ki, keçən il üçün ürək-damar xəstəlikləri üzrə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından və ətrafda olan xəstəxanalardan Bakı və digər şəhərlərimizə bu xidməti göstərən özəl müəssisələrə 1 749 göndəriş verilib: "Həmin müddət ərzində 187 açıq ürək əməliyyatı həyata keçirilib. Hansı ki, həmin əməliyyatlar regionda icra olunmadığından Bakıda olub. Yeni şöbələrin açılması ilə cənub zonasında yaşayan vətəndaşlar həmin xidmətləri tam şəkildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əldə edə biləcəklər”.

Xəstəxanada, həmçinin Kompüter Tomoqrafiya (KT) müayinələri, Maqnit-Rezonans Tomoqrafiya (MRT) müayinəsi, eləcə də yenidən qurulmuş laboratoriyanın da açılışı olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə qeyd edib ki, artıq cənub regionunun vətəndaşlarının təcili hal olduqda Bakıya gəlməsinə ehtiyac qalmayacaq: "İnsanların daha sağlam və uzun ömür yaşamalarına xidmət göstəriləcək. Yenidən qurulan laboratoriyada genetik analizlərdən başqa, bütün analizlərin tam avtomatlaşdırılmış şəkildə aparılması mümkün olacaq. Vətəndaşlar müayinələrin cavablarını elektron formada e-Təbib xidmətindən də əldə edə biləcəklər”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Oxşar xəbərlər