Bu gün Vətən müharibəsi şəhidi Sabir Əzizlinin doğum günüdür.
Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olub.
Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralansa da, yenidən döyüşlərə qatılıb. Döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Uzun müddət itkin kimi axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.