Lənkəranın Boladi kəndindən olan Nüsrət İsmayılzadə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda vitse-konsul vəzifəsinə təyin olunub.
Cenublu.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Nüsrət Fikrət oğlu İsmayılzadə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.
O, daha sonra Xarici İşlər Nazirliyində hərbi-siyasi məsələlər üzrə aparıcı məsləhətçi vəzifəsində çalışıb.