top
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Bu gün, 12:30
- ↺ +

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Cenublu.az -a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:50

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Bütün xəbərlər
Bu gün, 11:15

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Kriminal
Bu gün, 10:30

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:55

Xan Lənkəranın məşhur ziyalılarını tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 09:22

Vətən müharibəsi şəhidimizin anım günüdür

İdman
Dünən, 18:00

Dekabrda Azərbaycanda kütləvi üzgüçülük yarışı keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:10

Cənubda qazsız evlər: 526 müraciət və illərdir cavabsız qalan şikayətlər

İdman
Dünən, 16:35

Lənkəranda bədii gimnastika üzrə region birinciliyi keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Sabirabadın bu kəndində yağış yağan kimi yollar keçilməz olur - VİDEO

Kriminal
Dünən, 15:15

Evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 14:35

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 13:15

35 modul məktəbi istifadəyə veriləcək

Bütün xəbərlər
Dünən, 12:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 12:00

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bütün xəbərlər
Dünən, 11:15

Mərhum aktyorun qızı: "Məni niyə yetim qoydun, ata?"

Bütün xəbərlər
Dünən, 10:35

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan kişi ilə bağlı - Yeni detallar

Kriminal
Dünən, 10:00

Sevgilisini yumruqlayan cəlilabadlı məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 09:17

Masallıdan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 17:17

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Bütün xəbərlər
12 noyabr 2026, 16:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
12 noyabr 2026, 16:00

Şəhid Mirağa Qasımovun xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 15:32

Aktyor Aslan Fətullayev dəfn olundu

Oxşar xəbərlər