İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində verir.
Qəbul 27 oktyabr 2023-cü il tarixində saat 10:00-da Lənkəran Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında başlayacaq.
İdarə Heyətinin sədri Lənkəran, Astara və Lerik rayon sakinlərini qəbul edəcək.
Qəbula yazılmaqla bağlı məlumat almaq üçün 1542 Çağrı mərkəzinə zəng edə bilərsiniz.