top
Fariz İsmayılzadə deputat seçilərsə “ADA”-da prorektorluqdan imtina edəcəkmi?-MÜSAHİBƏ
22 avqust 2024, 03:44
- ↺ +

Fariz İsmayılzadə deputat seçilərsə “ADA”-da prorektorluqdan imtina edəcəkmi?-MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Lənkəranda daha çox infrastruktur - yol, kanalizasiya, zibil tullantıların atılması, bəzi dağ kəndlərində körpülərin, eləcə də sel nəticəsində müəyyən yolların dağılması, torpaq sürüşmələri, elektrik, su, nəqliyyat kimi problemlər mövcuddur”. Bu sözləri Cenublu.az-a müsahibəsi zamanı ADA universitetinin prorektoru, deputatlığa namizəd Fariz İsmayılov deyib.

Fariz İsmayılzadə 1978-ci ildə Lənkəranda anadan olub. 1996–2000-ci ildə Qərb universitetinin  Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton universitetində  sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.

2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə təhsilini davam etdirib. Ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq 2021-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2006-cı ildə “ADA” Universitetinin  prorektoru təyin edilib.

O, 77 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin VII çağırış deputatlarının seçilməsi üçün keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.

Fariz İsmayılzadənin Cenublu.az-a verdiyi müsahibəni təqdim edirik:

- İlk olaraq istəyərdik bilək ki, hansı səbəbdən deputatlığa namizədliyinizi irəli sürdünüz?

- Öz doğma şəhərimə, doğma rayonuma fayda vermək üçün deputat olmaq qərarına gəldim.

- Bilirik ki, bir neçə ölkədə təhsil almısınız və “ADA” universitetində də prorektor vəzifəsini icra edirsiniz. Millət vəkili olsanız bu işlərinizə mane olmayacaq? Ümumiyyətlə prorektorluqdan imtina edəcəksinizmi?

- Bəli, mən 18 ildir ki,  prorektor vəzifəsində çalışıram. Hesab edirəm ki, bu çox gözəl bazadır və gələcəkdə də “ADA” universitetinin həm orta, həm də ali təhsil səviyyəsində müəyyən proqramlarını Lənkərana cəlb edə bilərəm. Bundan başqa xarici partnyorlarla da müəyyən əməkdaşlığı Lənkərana təşviq edə bilərəm.  Bu istiqamətdə hesab etmirəm ki, mane olacaq, əksinə mən böyük baza və resurs kimi “ADA” universitetini bu işlərə cəlb edə bilərəm.

-  Niyə məhz cənub bölgəsindən namizədliyinizi irəli sürdünüz?

- Mən özüm əslən Lənkəranlıyam. Orta məktəbi orada bitirmişəm. 17 il orada yaşamışam. Atam, anam, babam, ulu babam hamsı Lənkəranlıdırlar. Babam Oruc İsmayılov poliklinikada otorinolaringoloq  (burun-boğaz) həkimi, anam isə terapeft olub. Atam orada Meliorasiya sistemində mühəndis kimi çalışıb su kanalları çəkib və Lənkəranı qarış-qarış gəzib. Biz əslən Lənkəranlıyıq, ona görə bu torpaq mənim üçün çox doğma torpaqdır.

- Uzun müddətdir Bakıda yaşayırsınız və namizədliyinizi irəli sürdüyünüz regionun problemləri ilə nə dərəcədə məlumatlısınız?

- Əslində mən Lənkərana tez-tez gəlirəm. Həm qohumlarım həm məktəb yoldaşlarım orada yaşayır. Həm də mən “ADA”-nın və xarici tələbələri, nümayəndə heyyətlərini tez-tez Lənkərana gətirirəm. Demək olar ki, bölgənin həyatını, problemlərini bilirəm. Eyni zamanda da bu kampaniya zamanı mən Lənkərana səkkiz dəfə səfər eləmişəm. Bütün kəndlərdə olmuşam, seçicilərlə görüşürəm, qayğılarını dinləyirəm və yazıram. Özüm üçün bir plan düzəldirəm. Demək olar ki, bölgənin bütün detallarını bilirəm.

- Sizcə regionda yaşayan vətəndaşlar ən çox hansı problemlərlə üzləşir? Rastlaşdığınız problemlərin bir neçəsini sadalaya bilərsiniz?

- Demək olar ki, mənim platformama uyğun problemləri araşdırmışam - əsasən gənclər üçün iş və təhsil imkanları. Bunlar mənim üçün doğma mövzulardır. Lənkəranda daha çox infrastruktur - yol, kanalizasiya, zibil tullantıların atılması, bəzi dağ kəndlərində körpülərin, eləcə də sel nəticəsində müəyyən yolların dağılması, torpaq suruşmələri, elektrik, su, nəqliyyat kimi problemlər mövcuddur.

- Seçicilərinizə nə demək istərdiniz və nələri vəd edirsiniz?

- Görüşlərimdə də, mətbuatda çəxışlarımda da qeyd etmişəm ki, mən əsasən problemləri Bakıda müvafiq instansiyalar qarşısında qaldıracağam. Parlamentdə regionumuza aid olan problemləri səsləndirəcəm, onların həlli üçün müəyyən resurslar cəlb edəcəm, o cümlədən təhsil proqramlarının təşkili üçün, keyfiyyətli təhsilin təminatı üçün, iş yerlərin açılması üçün müəyyən böyük şirkətlərin istehsalatlarını cəlb edəcəm. Bundan başqa infrastruktur problemlərinin həlli üçün də çalışacağam.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:17

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Bütün xəbərlər
Bu gün, 16:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 16:00

Şəhid Mirağa Qasımovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 15:32

Aktyor Aslan Fətullayev dəfn olundu

Bütün xəbərlər
Bu gün, 15:00

Masallının bu kəndinin sakinləri yollardan şikayətçidirlər

Faydalı
Bu gün, 14:03

Günəşdə gözlənilməz güclü partlayış olub

Bütün xəbərlər
Bu gün, 13:30

10 ayda istehlakçılara qaytarlıan ƏDV-nin məbləği açıqlanıb

Bütün xəbərlər
Bu gün, 12:49

Sabah hava necə olacaq?

İqtisadiyyat
Bu gün, 12:03

Azərbaycanda gələn il mədəniyyət xərclərinin gözlənilən strukturu məlum olub

İdman
Bu gün, 11:15

Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək

Bütün xəbərlər
Bu gün, 10:35

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:00

Azərbaycanda siqaret çəkən qadınların çoxu 65 yaşdan yuxarıdır

Siyasət
Bu gün, 08:41

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:14

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Oxşar xəbərlər