Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov tutduğu vəzifədən azad olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 oktyabr tarixində verir.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı Sərəncama əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib. O, həmçinin Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Qeyd edək ki, Elxan Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə isə hələlik təyinat yoxdur.