Dövlət Sosial Müdafiə Fondunun (DSMF) idarə heyətinin sədri Himalay Məmişov Yardımlıda vətəndaş qəbulu keçirəcək.
Cenublu.az xəbər verir ki, görüş noyabrın 23-ü saat 11:00-da Masallı və Yardımlı sakinlərinin iştirakı ilə baş tutacaq. Burada pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı suallar cavablandırılacaq.