“Təmiz ölkəm” devizi altında təmizlik aksiyaları keçirilib. Bu haqda Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
İməciliklər Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Masallı rayonunun Musaküçə kəndində, həmçinin Lənkəran və Masallının meşə ərazilərində təşkil edilib.
Aksiyalara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, yerli icra nümayəndəlikləri, bələdiyyələr, yerli kommunal müəssisə kombinatlarının nümayəndələri və sakinlər qatılıblar.