Cəlilabad rayonunun Söyüdlü kəndində modul tipli məktəb binasının tikintisi davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.
Yeni məktəb binası modul tipli layihə əsasında 96 yerlik olmaqla inşa edilib. Binada daxili tamamlama işləri aparılır.
Qeyd edək ki, hazırda rayon ərazisində 6 modul tipli məktəb binasının tikintisi aparılır.