Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Hadisə Şatırlı kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 1,5 ton ot bağlaması və ümumi sahəsi 18 kv.m olan bitişik talvarın yanar konstruksiyaları yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər alovdan mühafizə edilib. Yanğın söndürülüb.