Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Türkiyəyə modul tipli evlər göndərilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində Cəlilabad rayon İcra Hakimiyyətinə istinadən verir.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər görmüş şəxslərə dəstək məqsədilə Cəlilabad rayonundan göndərilən humanitar yardımlar davam edir. Evsiz qalmış insanlara yardım məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən 5 ədəd modul tipli ev Türkiyəyə göndərilib.
Qeyd edək ki, modul tipli evlər Bakı şəhərindən artıq Türkiyə Respublikasına yola salınıb.