Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hadisə rayonun Uzuntəpə kəndində baş verib. Yük avtomobili yol kənarındakı maneəyə çarpılıb. Nəticədə Bakı şəhər sakini, 53 yaşlı Rövşən Nuriyev və daha bir nəfər xəsarət alıblar. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.