Bu gün Cəlilabad rayonunda ağaclıq alovlanıb. Bu haqda məlumatı Cenublu.az 23 oktyabr tarixində Apa-ya istinadən verir.
Hadisə Qarazəncir kəndində, həkim məntəqəsinin qarşısında baş verib. Əraziyə yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
FHN-in bölmələri yaxınlıqdakı həkim məntəqəsini yanğından mühafizə edib. Alov söndürülüb.