Cəlilabaddan olan şəhid Maarif Səfərovun məzarı ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 oktyabr tarixində verir.
Mərasimə rayon Mədəniyyət Mərkəzinin və şəhər 4 saylı klubunun əməkdaşları qoşulublar. Sonra mədəniyyət nümayəndələri şəhidin ailə üzvləri ilə görüşərək onlara ehtiramlarını ifadə ediblər.
Maarif Səfərov Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. Şəhidin atasının dediyinə görə, Maarif Murov dağında xidmətdə olarkən general-mayor Polad Həşimov onun komandiri olub. O, oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşdə şəhid olub.
Qeyd edək ki, şəhid ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.