top
Cəlilabadda Rəqəmsal aqronomlar layihəsinin bağlanış mərasimi keçirilib
23 yanvar 2023, 07:30
- ↺ +

Cəlilabadda "Rəqəmsal aqronomlar" layihəsinin bağlanış mərasimi keçirilib

Cəlilabadda Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib layihələrindən olan "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin bağlanış mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində Report.az-a istinadən verir.

Tədbir Cəlilabad rayonunun akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbində baş tutub.

Tədbirdə layihə rəhbəri, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəhbəri, məktəb direktorları, layihənin idarə heyəti, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları layihə təlimlərində iştirak etmiş şagirdlərin hazırladıqları dron marketləri və digər əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra layihə rəhbəri Elçin Abbasov layihənin icrası prosesində görülən işlərlə bağlı məlumat verib.

Çıxış edən Cəlilabad Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad rayon Alar kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin eksperti Gülər Bayramova, layihədə iştirak edən şagirdlərin valideynlərindən Fərid Əliyev və digərləri çıxış edərək layihənin şagirdlərə maraqlı və faydalı olmasından, kənd təsərrüfatında tətbiqlərinin səmərəsindən danışıblar.

Tədbirin sonunda layihə iştirakçıları olan şagirdlərə sertifikatlar, "Ən yaxşı dron dizaynı" müsabiqəsinin qaliblərinə diplomlar, "STEAM Azərbaycan Festivalı"nda iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim edilib. Eləcə də layihənin icrası müddətində müxtəlif istiqamətlərdə dəstək göstərmiş müəllimlər "Təşəkkürnamə" ilə təltif olunublar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Oxşar xəbərlər