Cəlilabad rayonunun Göytəpə şəhərində 25 yaşlı Natiq Abbasovu öldürmək məqsədilə bıçaqlayan Əli Həsənovun istintaqı başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 dekabr tarixində Report.az-a istinadən verir.
Daha öncə hadisə barədə məlumatı vermişdik. Belə ki, araşdırma zamanı Əli Həsənovun qəsdən adam öldürməyə cəhd etməsi barədə əsaslı şübhələr müəyyən edilib.
Ə.Həsənova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.