Cəlilabadda qadın bıçaqla öldürülüb. Bu haqda bu gün, 6 fevral tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
6 fevral saat 7:00 radələrində Cəlilabad rayonu, Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Verilən məlumata əsasən, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.