Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki örüş sahəsində tapança aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 dekabr tarixində verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.
Bu istiqamətdə tədbirlər davam edir.