Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Kriminalqafqaz.az-a istinadən verir.
Hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini, 19 yaşlı Murad Zahir oğlu Şahbazov yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbi hələlik müəyyən deyil.
Faktla bağlı araşdırma aparılır.