Cəlilabad rayon Rəşad Abdullayev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri arasında viktorina keçirilib. Bu haqda məlumatı bu gün, 1 mart tarixində Cenublu.az Gənclər və İdman İdarəsinə istinadən verir.
Viktorinada 6 sinifdən 180 şagird iştirak edib. Yarış üçün Gənclər və İdman Nazirliyi tərəfindən 50 sual hazırlanıb. Ən çox suala düzgün cavab verən və I, II, III yerləri tutan şagirdlər mükafatlandırılıblar.
Qeyd edək ki, viktorina Cəlilabad rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.