Cəlilabadda “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon turniri təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 dekabr tarixində verir.
Beynəlxalq Könüllülər Gününə həsr olunmuş oyunda könüllülərdən ibarət 4 komanda biliklərini sınayıb. Belə ki, "Birlik" komandası l, "Səhiyyə" komandası II, "Qladius" komandası isə III yerləri tutub.
Sonda qalib komandalara kubok, diplom və medallar təqdim edilib.
Qeyd edək ki, yarışma Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun dəstəyi ilə həyata keçirilib.