Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 fevral tarixində Lent.az-a istinadən verir.
Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Turan Əlibala oğlu Qasımov yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.