Cəlilabad şəhərində yerləşən evlərdən birinin tüstü bacasında yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında tüstü bacasının ətrafı 4 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.