Cəlilabad şəhərində birmərtəbəli ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Yanğın zamanı ümumi sahəsi 108 m² olan birmərtəbəli evin bir otağının tavanı 20 m² sahədə və əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.