Cəlilabad şəhərində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Ümumi sahəsi 21 kv.m olan, çayxana kimi fəaliyyət göstərən obyektin döşəməsi 2 kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.