Cəlilabad rayonunun Privolnoye kəndində ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.