Cəlilabadda uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində Oxu.az-a istinadən verir.
Hadisə Uzuntəpə kəndində qeydə alınıb. 3 yaşlı C.Vahabov nəzarətdən yayınaraq, qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb. Uşaq müvazinətini itirərək yerə yıxılıb.
Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, C.Vahabov evin tək övladı olub.
Araşdırma aparılır.