Cəlilabadda “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə işlərinə başlanılıb. Bu haqda bu gün, 2 mart tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil idarəsinə istinadən xəbər verir.
Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Peşə Liseyi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə əməkdaşlığı çərçivəsində baş tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər aksiyada iştirak ediblər.